Digər

Tramp ABŞ-ın müdafiə büdcəsini imzaladı

Metbuat.az

ABŞ prezidenti Donald Tramp 2019-cu maliyyə ili üçün (ABŞ-da 1 oktyabr tarixindən başlayır) ölkənin müdafiə büdcəsini təsdiqləyib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, növbəti il üçün ölkənin müdafiə büdcəsi təxminən 716 milyard dollar təşkil edir.

Bu, ötən ilin müdafiə büdcəsindən 20 milyard dollar, yəni 3 faiz daha çoxdur. Daha əvvəl büdcə layihəsini Konqresin hər iki palatası bəyənib.