Ölkə
Toylarda yemək verilməyəcək - NAXÇIVANDA
Bundan sonra toylarda yemək verilməyəcək. Belə ki,
toylarda israfçılığın qarşısını almaq üçün tədbirlərə
başlanılıb.
Bu barədə sosial şəbəkə istifadəçiləri bildirib. Məlumatda qeyd
olunur ki, sentyabrın 1-dən etibarən Azərbaycanın Naxçıvan
bölgəsində toy şənliklərində qonaqlara ancaq çay və şirniyyat
təklif ediləcək.
Bunun israfçılığın qarşısını almaq üçün edildiyi bildirilir.
Qeyd edək ki, mütəmadi olaraq sosial şəbəkə və mətbuatda
Azərbaycanda toylarda israfçılığa yol verildiyi yazılıb və bu hal
dəfələrlə tənqid olunub.
Bundan əvvəl Naxçıvanda yas mərasimlərində israfçılığın qarşısını
almaq üçün tədbirlər görülüb. (cebheinfo)