Ölkə
Tovuzda iki nəfər minaya düşüb - VİDEO
Tovuzda iki nəfər minaya düşüb.
Milli.Az xeberler.az-a istinadən bildirir ki, hadisə Tovuzun Əlibəyli kəndində baş verib. Kənd sakini - 14 yaşlı Elgün Hüseynov açıq ərazidə heyvan otararkən piyada əleyhinə minaya düşüb. Ona yardım etmək istəyən 24 yaşlı Elşad Mehdiyev də bədənin müxtəlif nahiyyələrindən qəlpə yaraları alıb.
Elgün Hüseynov ağır vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Elgün Hüseynovun sol ayağı və bədəninin qurşaqdan aşağı hissəsi amputasiya olunub. Vəziyyəti ağırdır. Elşad Mehdiyevdə isə yüngül qəlpə yaraları var və müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: