Ölkə

Tovuzda bir ailənin 4 üzvü yol qəzasına düşüb

Metbuat.az

Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində "UAZ" və "VAZ" markalı iki minik avtomobili toqquşub.

Milli.Az "Report"a istinadən bildirir ki, nəticədə Şəmkir rayonundan olan 1992-ci il təvəllüdlü Murquzov Zaur Zabil oğlu və onun 1995-ci il təvəllüdlü həyat yoldaşı Murquzova Mariya İlham qızı xəsarət alıb.

Hər iki yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəza zamanı onların avtomobildə olan iki övladı - 4 yaşlı Tunar və 1 yaşlı Banu xəsarətsiz ötüşüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az