Digər

"Total" İranı tərk etdi

Metbuat.az

Fransanın "Total" neft şirkəti İranı tərk edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın neft naziri Bijən Namdar Zəngənə deyib.

Nazir qeyd edib ki, "Total" rəsmi olaraq "Cənub Pars-11" yatağının işlənməsi üzrə müqavilədən çıxıb. Şirkətin müqavilədən çıxdığını elan etməsindən iki aydan çox vaxt keçib".

Onun sözlərinə görə, İran hazırda "Total"ın əvəzinə yeni şirkət axtarır.

Milli.Az