Dünya
"Tolo news": Əfqanıstanda prezident sarayı raket atəşinə tutuldu
Əfqanıstanda növbəti terror aktı törədilib.
Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, Əfqanıstan prezidenti Əşrəf Qəni Qurban bayramı münasibəti ilə çıxış edərkən bir neçə raket buraxılıb. Bu barədə məlumatı "Tolo news" kanalı yayıb.
Raketlər prezident sarayına və bir sıra dövlətlərin səfirlikləri yerləşən rayona göndərilib. İnsidentin detalları barədə məlumat verilmir.
Milli.Az