Dünya

Tokio mübahisəli adaların yaxınlığındakı tədqiqat gəmisinə görə Seula etirazını bildirib

Metbuat.az

Yaponiya mübahisəli Takeşima adaları yaxınlığındakı tədqiqat gəmisinə görə Koreya Respublikasına etirazını bildirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə avqustun 3-də keçirilən mətbuat konfransında Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bəyan edib. O deyib: "Yaponiyanın razılığı olmadan həmin rayonda tədqiqatların aparılması yolverilməzdir. Buna görə biz diplomatik kanallar vasitəsilə etirazımızı bildirmişik".

Yaponiya hökumətinin məlumatına görə, avqustun 1-i və 2-də Takeşima adaları yaxınlığında görünən gəmi Yaponiya sahil mühafizəsinin xəbərdarlıqlarına baxmayaraq, hələ də həmin ərazini tərk etməyib.

Milli.Az