Dünya

Təyyarə qəzaya uğrayıb, ölən var

Metbuat.az

Kanadanın Albert əyalətinin Edmonton şəhəri yaxınlığında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 1 nəfər həyatını itirib.

Milli.Az "report"-a istinadən bildirir ki, "Cessna 172" tipli təyyarə hələ avqustun 12-də Edson şəhər aeroportundan uçduqdan sonra radarlardan itib. Onun axtarışlarına Kanada Hərbi Hava Qüvvələrinin aviasiyası cəlb olunub. Qəzaya uğramış təyyarə Lak Sent-Enn dairəsinin meşəsində aşkar olunub.

Onun göyərtəsində təkcə pilot olub. Qəzanın səbəbləri araşdırılır.

Milli.Az