Dünya

Təyyarə qəza enişi edib

Metbuat.az

Çinin "Xiamen Airlines" aviaşirkətinin "Boeing-737-800" təyyarəsi Filippinin paytaxtı Manilada qəza enişi edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qəza enişi edən təyyarə Syamen-Manila reysini həyata keçirirdi.

Məlumata əsasən, təyyarə eniş etmədən öncə bir saata yaxın hava limanının üzərində uçub. Eniş edəndən sonra təyyarə uçuş-eniş zolağından kənara çıxıb.

Hazırda sərnişinlərin təcili təxliyəsi aparılır. Ölən və xəsarət alanlar barədə məlumat verilmir.

Milli.Az