Dünya

Sevdiyi oğlana qoşulub qaçan gəlin özünü öldürdü - Çox özünə qapanmışdı - FOTO

Metbuat.az

Antalyanın Kumluca qəsəbəsində 5 aylıq evli olan 20 yaşlı Serap K. evində tüfənglə intihar edib.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Serap K.-nın əri Arif polisə ifadəsində "Uşaqlıq sevgim idi. Son zamanlarda çox özünə qapanmışdı. Soruşduğumda o da bunu etiraf edirdi, amma niyə belə olduğunu bilmədiyini söyləyirdi" deyib.

Qeyd edək ki, intihar olayı dünən saat 14:00 radələrində baş verib.

Məhəmməd Vaqif
Milli.Az