Digər
Səudiyyə Ərəbistanına balliktik raket atıldı
Yəməndəki Husi qiyamçıları Səudiyyə Ərəbistanının sərhəd şəhəri olan Necrana ballistik raketlə hücum edib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının dövlət televiziyası “El-İhbariyye”nin məlumatına görə, raket ölkənin hava hücumdan müdafiə qüvvələri tərəfindən məhv edilib.
Öz növbəsində, Husilərə aid “El-Mesira” telekanalı “Bedr-1” tipli ballistik raketlə Səudiyyə Ərəbistanının “El-Vacib” hərbi düşərgəsinin hədəf alındığını bildirib.