Sərxoş olub qonşusunun mağazasını qarət etdi - VİDEO
Sərxoş şəxs qonşusunun mağazasını qarət edib. Hadisə Şəmkirdə olub. Polisin müəyən etdiyi həmin şəxs saxlanılaraq istintaqa cəlb olunub.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Şəmkir rayonunun Kür qəsəbə sakini Xəyal Məmmədova məxsus mağazadan oğurluq edilib. Cinayətdən səhər saatlarında xəbər tutan zərərçəkən Şəmkir rayon polis şöbəsinin Kür bölməsinə ərizə ilə mürcaiət edib. Dərhal hərəkətə keçən əməliyyatçılar qarətçinin o qədər də uzaqda yaşamadığnı müəyən ediblər.
Şöbəyə dəvət olunan 28 yaşlı Məmməd Mamedov əməlini etiraf edib. O mağazadan oğurladığı əşyalardan birini, müşahidə kamerasının yaddaş qurğusunu istintaqa təqdim edib.
Məmməd Mamedovun əməlinə istintaqın yekununda hüquqi qiymət veriləcək. Hazırda onun digər cinayətlərdə iştirakı araşdırılır.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: