Dünya
Sanksiyalar ləğv edilmir
Sinqapurda ABŞ Dövlət katibi Mayk Pompeo ilə Cənubi Koreya Xarici İşlər naziri Kan Qyon Xva arasında qeyri-rəsmi görüş olub.
Metbuat.az ednews.az-a istinadən bildirir ki, bu barədə informasiyanı “Renxap” agentliyi yayıb. Tərəflər arasında əsas müzakirə mövzusu Şimali Koreyanın nüvəsizləşdirilməsi və Koreya yarımadasındakı sülh məsələsi olub.
Hər iki nazir Şimali Koreyanın real addımlar atmayacağı ana qədər Pxenyana qarşı sanksiyaları qoruyub saxlayacaqlarını bildiriblər.