Ölkə
Şamaxıda meşə yanğınının qarşısı alındı
Şamaxıda 17 ha sahə yanıb.
Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Mədrəsə kəndində 17 ha sahədə quru ot və kol-kos yanıb.
Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.