Ölkə

Salyanda 3 uşaq anası pomidordan zəhərlənərək öldü - VİDEO

Metbuat.az

Bu gün Salyan rayonunun Yenikənd kənd sakini olan qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılarkən dünyasını dəyişib.

1982-ci ildə anadan olmuş 3 azyaşlı uşaq anası Gülnarə Əli qızı Məmmədova 3 gün əvvəl yediyi pomidordan zəhərlənibmiş.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, lakin ailə həkimə müraciət etməyərək qadının müalicəsini evdə apardığından səhhəti bu gün qəfildən pisləşib və dünyasını dəyişib.

Gülnarə Məmmədovanın ölümünün əsl səbəbi məhkəmə tibbi-ekspertizanın rəsmi rəyindən sonra məlum olacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: