Ölkə

Salyanda 21 yaşlı gənc çayda boğuldu

Metbuat.az

Salyan rayon sakini çayda boğulub.

Publika.az xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1997-ci il təvəllüdlü Məzahim Qabil oğlu Məmmədov ərazidən keçən Akkuşa çayında çimərkən suda boğulub. Hadisə yerinə FHN-nin dalğıc-xilasediciləri cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.