Dünya
Sakit okeanda Kamçatka yaxınlığında 5 bal gücündə zəlzələ olub
Kamçatka sahillərində, Sakit okean akvatoriyasında 5 bal gücündə zəlzələ olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialının verdiyi məlumata əsasən, zəlzələ yerli vaxtla cümə axşamı günü səhər saatlarında baş verib.
Zəlzələ ocağının dərinliyi 40,5 km olub, enerji sinfi - 11,4.
Milli.Az