Digər

Rusiyaya qarşı sanksiyaların ikinci paketi bu tarixdə qəbul ediləcək

Metbuat.az

Moskva kimyəvi silahı bundan sonra tətbiq etməyəcəyi barədə inandırıcı zəmanətlər verməsə, ABŞ hakimiyyəti 2018-ci ilin payızında Sergey Skripal işi ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların ikinci paketini qəbul etmək niyyətindədir.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Dövlət Departamentinin anonim nümayəndəsinə istinadən NBC telekanalı bildirib.

“Sanksiyaların ikinci paketi diplomatik münasibətlərin əhəmiyyətli ixtisarını, “Aeroflot” dövlət aviaşirkətinin ABŞ-a uçuşlarının dayandırılmasını, həmçinin ixrac və idxala demək olar ki, tam məhdudiyyətin tətbiqini özünə daxil edə bilər”, - mənbə kanala deyib.

Kanal həmçinin bildirib ki, Skripal işi ilə əlaqədar sanksiyaların birinci paketi Rusiyaya əhəmiyyətli təsir göstərməyə bilər, çünki bunlar artıq mövcud olan məhdudlaşdırıcı ölçüləri təkrar edəcək .

Daha əvvəl Dövlət Departamenti bildirilib ki, Sergey Skripal işi ilə bağlı məhdudlaşdırıcı ölçülərin ilk paketinin avqustun 22-də tətbiqi təxmin edilir.

Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş yüksək rütbəli zabiti Sergey Skripal və qızı Yuliya mart ayında Briyaniyanın Solsber şəhərində sinir-iflic maddəsiylə zəhərlənmişdi. London hadisəyə görə Rusiyanı ittiham edib. Moskva isə bütün ittihamları qəti surətdə rədd edir.