Digər

Rusiyadan Türkiyəyə ŞAD XƏBƏR

Metbuat.az

"Bu il Türkiyəyə 5 milyondan çox rusiyalı turist gələcək. Xüsusi pasportlara yaxın zamanda viza məhdudiyyəti aradan qaldırılacaq"

Publika.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə görüşündə deyib.

M.Çavuşoğlu da Rusiyadan gələn turislərin sayının daha da artacağını bildirib. Moskvada baş tutan görüşdən sonra tərəflər medianın suallarını cavablandırıb. Çavuşoğlu həmçinin Rusiya və Türkiyə arasındakı işbirliyinin ABŞ-ı qısqandırdığını bildirərək, enerjidən kənd təsərrüfatına, turizmdən müdafiə sənayesinə qədər bir çox sahələrdə əlaqələrin genişləndiriləcəyini bildirib. O, gələcəkdə münasibətlərin daha da inkişaf edəcəyini vurğulayıb.

Görüş zamanı suriyalı qaçqınların öz ölkələrinə geri qayıtması məsələsi də müzakirə edilib.

Çavuşoğlu bu mövzu ilə bağlı Astana sazişinə sadiq qalacaqlarını bildirib: “İdlib məsələsinin müharibə yolu ilə həlli fəlakətə səbəb ola bilər”.

Çavuşoğlu Suriyada atəşkəsin davam etməsi üçün Rusiya ilə işbirliyinin davamlı olmasını vacibliyini vurğulayıb.

Görüşdən əvvəl jurnalistlərə açıqlama verən S.Lavrov tərəflər arasında ticarət, hərbi və bir sıra məsələlərdə işbirliyinin aktiv şəkildə davam etdiyini bildirib.

Ankara və Moskva arasındakı təmasların daha əvvəl görülməmiş səviyyəyə çatdığını deyən Lavrov, digər nazirlər arasında da görüşlərin keçiriləcəyini bildirib.

Müdafiə naziri Hulusi Akar ilə MİT naziri Hakan Fidan da bu gün Moskvada rusiyalı rəsmilərlə görüş keçirir.

Gülxar