Digər

Rusiya Suriyada 200-dən çox silahı sınaqdan keçirdi

Metbuat.az

Rusiya ən müasir və yeni texnologiyalarla təchiz edilmiş 200-dən çox silahı Suriyada sınaqdan keçirib.

Publika.az xəbər verir ki bu barədə mətbuata Rusiyanın Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata əsasən, Suriyada müasir və modernləşmiş silah nümunələrindən 231-nin sınaqları artıq keçirilib.

Qeyd edilir ki, keçirilən sınaqlardan 68-i Hərbi Kosmik Qüvvələrə, 18-i Hərbi Dəniz Donanmasına, 48-i Quru Qoşunlarına, yerdə qalan 97-i isə xüsusi təyinatlı qoşunlara məxsusdur.

Könül