Dünya

“Rusiya qoşunları Cənubi Osetiyadan və Abxaziyadan çıxarmalıdır” - Merkel

Metbuat.az

Almaniya kansleri Angela Merkellə Gürcüstanın baş naziri Mamuka Baxtadze ilə görüşüb.

Əvvəlcədən xəbər verildiyi kimi, heyətlərarası görüşdən sonra KİV nümayəndələri üçün mətbuat konfransı təşkil edilib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Baxtedze açıqlamasında Almaniyanın Gürcüstan üçün önəmli və etibarlı tərəfdaş olduğunu bildirib: "Torpaqlarımızın 20 faizi Rusiya tərəfindən işğal edilib. Rusiya hərbçiləri beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq hələ də Gürcüstan torpağındadırlar. 2008-ci ildən bəri Cənubi Osetiya və Abxaziya işğaldadır. Biz sülh istəyirik".

Kansler də öz növbəsində Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini ifadə edib: "Sonuncu dəfə Gürcüstana 10 il öncə gəlmişdim. O zaman atəşkəs sazişi imzalanmışdı. Həmin vaxt rus əsgərlərinin Gürcüstandan çıxmasını qəti şəkildə tələb etmişdim və təbii ki, 10 il sonra da ölkənin ərazi bütövlüyünü dəstəkləyirəm".

Milli.Az