Dünya
Rus deputat: "ABŞ Ərdoğana qarşı böyük oyun oynayır" - Devirmək və ya müqavimətini qırmaq...
Qərb Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı çox böyük oyun oynadı, onu devirməyə və ya müqavimətini qırmağa çalışdı.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu açıqlama ilə rusiyalı deputat Vyaçeslav Nikonov çıxış edib.
"Vaşinqtondan edilən qəzəbli hücum və dünyanın liberal media resurslarının Ərdoğana qarşı apardığı qəzəbli kampaniyaya baxsaq, çox böyük bir oyun oynanıldığını görərik. Ərdoğanı devirməyə və ya müqavimətini qırmağa çalışırlar. Qarşısında iki variant var: boyun əymək və imicini itirmək, ya da prinsipial davranmaq və Qərblə əlaqəni kəsmək. Ancaq bu məsələ açıq və dünyanın gələcəyi üçün çox ciddidir", - Nikonov qeyd edib.
Milli.Az