Digər

Rəqiblərlə mübarizə üçün… - ABŞ kəşfiyyatından ETİRAF

Metbuat.az

ABŞ kəşfiyyatında kiberməkanda rəqiblərlə mübarizə üçün ixtisaslaşmış mütəxəssislər çatışmır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Milli kəşfiyyat direktorunun ofisinin nümayəndəsi Lanaya Cons bildirib.

“ABŞ-da rəqiblərlə rəqabət etmək üçün kiber-analitiklərin sayı kifayət deyil. Bu, bizu çox narahat edir”, - Cons Vaşinqtonda kibertəhlükəsizlik üzrə konfransda deyib.

Bununla yanaşı, onun sözlərinə görə, idarə süni intellekt sistemlərini inkişaf etdirir.

“Biz kiberməkanda qeyri-adi fəallığı izləmək üçün maşınlar yaradırıq. Biz təhlükəsizlik proqramlarının köməyi ilə məlumatların böyük həcmini çeşidləməyə çalışırıq”, - o vurğulayıb.