Qızını zorlayıb öldürdü, anasının başını kəsdi - DƏHŞƏTLİ CİNAYƏTİN TƏFƏRRÜATLARI - VİDEO
Cəlilabad rayonunda dəhşətli qətl hadisəsi baş verib. Ana və qızı yaşadıqları evdə qətlə yetirilib. Qətldən iki gün sonra xəbər tutan qonşular hadisə ilə bağlı bu gün səhər saatlarında polisə xəbər veriblər.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ananın başını kəsiblər, qızını isə evdə boğub öldürüblər. Dəhşətli cinayət hadisəsi Cəlilabad rayonunda, Qarazəncir kəndində baş verib. 86 yaşlı Firuzə Əsgərova və qızı 46 yaşlı Sənubər Əsgərova yaşadıqları evdə qətlə yetirilib. Hadisəni törədən şəxs Firuzənin boğazını evin arxasında kəsərək öldürüb. Sonra cəsədi sürüyərək evin önündəki tövlədə gizlədib. Qonşuların bildirdiyinə görə qətlə yetirilən ana və qızını sonuncu dəfə iki gün bundan əvvəl görüblər.
Firuzənin qızı Sənubər ailə həyatı qurmadığı üçün anası ilə həmin evdə tək yaşayırmış.
Qətldən şübhəli bilinən ailənin qonşusu Yaşar Bayramov saxlanılıb. O, uzun illər əvvəl mərhumun oğlu Qiyası bıçaqlayaraq yaralayıb və buna görə azadlıqdan məhrum edilib. Həbsdən çıxdıqdan sonra Qıyası öldürəcəyini deyib. Lakin onun azadlığa çıxdığı gün Qiyas xəstəlikdən vəfat edib. İlkin ehtimala görə, Yaşar Bayramov ailə üzvlərini qisas məqsədi ilə öldürüb. Axşam saatlarında onların evinə gedən Yaşar Bayramov Sənubər Əskərovanı öldürməzdən əvvəl onu zorlayıb.
Milli.Az