Digər

Qəzzadan İsrailə 70 raket buraxıldı

Metbuat.az

Bu gün Qəzzadan İsrail ərazisinə 70 raket buraxılıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda İsrail ordusunun mətbuat xidməti bildirib.

“İndiyə kimi Qəzzadan İsrailin ərazisinə 70 raketin buraxıldığı qeydə alınıb. “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi onlardan 11-ni yaxalayıb”, - press-relizdə deyilir.

Məlumata görə, raketlərin əksəriyyəti boş ərazilərə düşüb və heç bir zərər vurmayıb.

Hazırda İsrail ordusu Fələstin döyüşçülərinin obyektlərinə aviazərbələr endirməkdə davam edirlər. Ordunun mətbuat xidməti bildirib ki, Qəzzada böyük lojistik mərkəz, raketlərin istehsal edildiyi emalatxanalar və gizli yeraltı tunellərin tikintisində istifadə olunan beton konstruksiyalar zavodu daxil olmaqla, 12 nöqtə vurulub.