Ölkə

Qazaxda ruhi xəstə intihara cəhd edib

Metbuat.az

Qazax rayonunda qadın intihara cəhd göstərib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayonun Dəmirçilər kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1979-cu il təvəllüdlü E.S. yaşadığı evdə müxtəlif adda dərmanlar içərək özünü zəhərləyib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qadının ruhi xəstə olduğu bildirilir.

Onun Qazax Rayonlararası Ruhi Xəstəxanada qeydiyyatda olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az