Digər
“Qayıdış marşı”nda ölənlərin sayı 160-a çatdı
Fələstinli həkim Qəzza sakinlərinin İsrail hərbçiləri ilə toqquşmalarının gedişatında həlak olub.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf al-Kidra bildirib.
“Həkim həlak oldu, daha 84 insan müxtəlif dərəcəli yaralanıb”, - o deyib.
Həkimlərin hesablamalarına görə, martın 30-da Qəzza sərhədində “Qayıdış marşı”nın başlanmasından bu yana demək olar ki, 160 fələstinli həlak olub.