Azərbaycanın işğal altında olan torpaqlarına ermənilərin
təşkilatçılığı ilə son günlərdə gələn şəxslərin kimliyi bir
məsələyə xüsusi diqqət çəkməyin vacibliyini göstərir.
Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycanın işğal
altında olan Dağlıq Qarabağ bölgəsinə Avropa Parlamentinin deputatı
Martin Sonnebornun səfərini şərh edən “Teleqraf” Media Qrupunun
rəhbəri Aynur Camalqızı deyib. A.Camalqızı bildirib ki,
M.Sonnebornun kimliyinü müəyyən etmək üçün onun fotosuna baxmaq
kifayətdir:
“Artıq bu barədə rəsmi mövqe də var: Sonnobern siyasi
təlxək və marginaldır. Erməni lobbisi külli miqdarda pul xərcləsə
də, yalnız Sonnobernlərin Dağlıq Qarabağa qanunsuz səfər etməsinə
nail ola bilir. Bu fakt Ermənistan xarici siyasətinin necə iflasa
uğradığını və işğalçılığın artıq dünyanın mötəbər qurumları və
şəxsləri tərəfindən daha açıq şəkildə dərk edildiyini üzə çıxarır.
Digər tərəfdən isə bu, qarşımızda necə təhlükəli bir düşmənin
olduğunu göstərən faktdır”.
A.Camalqızı bir neçə gün öncə ABŞ-da yaşayan erməni milyonçu Den
Bilzeryanın Qarabağa gəlməsinə diqqət çəkib:
“Den Bilzeryan dünyaca məşhur qumarbazdır, açıq-saçıq və
qeyri-normal həyat tərzi ilə gündəmdədir. Onun atası Pol Bilzeryan
külli miqdarda pul mənimsədiyinə və fırıldaqçılığa görə həbs həyatı
yaşayıb. Kriminal bir ailədə böyüyən bu şəxs pleyboy kimi də
məşhurdur və yarıçılpaq qızların əhatəsində nümayiş etdirdiyi pul
görüntüləri ilə sosial şəbəkələrin “fenomeninə” çevrilib”.
Fikir verdinizsə, erməni mediası bir neçə gündür Den
Bilzaryanın İrəvanda bütün addımlarını – özü ilə gətirdiyi qızların
küçədəki pozlarına qədər – manşetlərə daşıyır və bunu böyük piar
sayır. Xatırlayırsınızsa, bir müddət öncə Kim Kardaşyan da
Ermənistanda bu cür təntənə ilə qarşılanmış və onun “siyasi
mövqeyi” böyük bir hadisə kimi təqdim edilmişdi. Yəni Ermənistanın
son bir ildə təmtəraqla qəbul etdiyi “məşhur simaları” Kim
Kardaşyan və Den Bilzeryandır. Qadınları Kim Kardaşyan, kişiləri
isə Den Bilzaryanın simasında ümumiləşdirilən, bu cür
“şəxsiyyətləri” ilə fəxr edən adamların hansı həyasızlığa qadir
olduğunu təsəvvür etmək çətin deyil. Ona görə hesab edirəm ki, bu
əxlaqda olan bir düşmənlə üz-üzə qaldığımızın fərqinə varmalı və
buna həm də media olaraq hazır olmalıyıq”.