Digər

Putin Təhlükəsizlik Şurasını çağırdı

Metbuat.az

Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə birlikdə Almaniya kansleri Angela Merkellə keçiriləcək görüş və ölkədaxili məsələlərlə bağlı iclas keçirib.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov danışıb.

İclas zamanı həmçinin ölkə gündəmində dayanan sosial-iqtisadi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İclasda Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Xarici İşlər naziri Sergey Lavrov, Müdafiə naziri Sergey Şoyqu, Daxili İşlər naziri Vladimir Kolokoltsev, FTX direktoru Aleksandr Bortnikov iştirak ediblər.

Milli.Az