Ölkə
Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.
Publika.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Hörmətli Vladimir Vladimiroviç.
"Mi-8" helikopterinin Krasnoyarsk diyarında qəzaya uğraması nəticəsində insan tələfatı barədə xəbər məni dərindən kədərləndi.
Sizə, həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm".