Ölkə

Peskov Putinin ABŞ-la bağlı istəyini açıqladı

Metbuat.az

Prezident Vladimir Putin yaxşı əhval-ruhiyyəyə köklənib və Rusiya-ABŞ münasibətlərini dərin böhrandan çıxarmaq istəyir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.

"Rusiya prezidenti bizim dərin böhranda olan ikitərəfli münasibətlərimizi yaxşılaşdırmaq istəyir. Bu barədə özü də dəfələrlə deyib. Bu əhval-ruhiyyə qalır. Əgər biz Vaşinqtondan da qarşılıqlı addımı görə bilməsək, matəmə bürünməyəcəyik", - Peskov bildirib.

Milli.Az