Ölkə
Oğuzda “Opel” dirəyə çırpılaraq yanıb
Oğuzda yanğınla müşayiət olunan yol qəzası baş verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, rayonun Bucaq kəndində "Opel" markalı minik avtomobili yol kənarındakı dirəyə çırpılıb.
Nəticədə yanğın hadisəsi baş verib və avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Milli.Az