Dünya
Naməlum şəxslər toya hücum çəkdilər: 25 nəfər xəstəxanalıq oldu - FOTO
Türkiyənin Çorum rayonunda naməlum şəxslər toyun keçirildiyi məkana daxil olaraq bibər qazı atıblar.
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, bibər qazının təsirindən huşunu itirən 25 qonaq xəstəxanaya yerləşdirilib.
Onların arasında uşaq və yaşlıların da olduğu deyilir.
Gəlin R.Ş. ilə bəy M.Ş. da hadisə yerinə gələn təcili yardım maşınında müayinədən keçiriliblər.
Polis araşdırmaya başlayıb.
Məhəmməd Vaqif
Milli.Az