Müəllimlərin işə qəbulu üzrə vakant yer seçimində son gün
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə vakansiya seçimi bu gün başa çatır.
Publika.az xəbər verir ki, vakant yerləri builki və ötənilki müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid balı toplamış, həmçinin 10 ildən çox fasiləsiz olaraq müddətsiz müqavilə ilə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmuş, 3 ildən az olmayan müddətdə işdən ayrılmış, diaqnostik qiymətləndirilmədə iştirak etmiş namizədlər seçə bilərlər. Ümumilikdə bu mərhələdə keçid balını toplayan 20 mindən çox namizəd iştirak etmək hüququ qazanıb.
Avqustun 3-dən bu günə qədər namizədlər elektron ərizələrində müvafiq bölmədə diplom və ona əlavəni yüklədikdən sonra ümumi təhsil müəssisələri üzrə vakant yerlərlə tanış olub 8 vakant yer seçə bilərlər. Daha sonra namizədlər ərizələrini təsdiq edib tamamlamalıdırlar.
Ümumilikdə Bakı şəhəri də daxil olmaqla, respublikada ümumi təhsil müəssisələri üzrə 7 mindən artıq vakant yerin müsabiqəyə çıxarılması təmin olunub.