Dünya

Misirdə sərnişin avtobusu qəzaya uğrayıb: 12 ölü, 29 yaralı

Metbuat.az

Misirin Mtrux əyalətində sərnişin avtobusu qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, avtobusun qəzaya uğraması nəticəsində 12 nəfər həlak olub, 29 nəfər isə yaralanıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

İnsident ed-Dabaa rayonunda baş verib. Qəzanın səbəbi araşdırılıb.

Milli.Az