Dünya
Misirdə avtobus qəzası: 12 nəfər ölüb
Misirin şimalında yerləşən Mutruh əyalətinin Əd-Dabaa rayonunda baş vermiş avtobus qəzası nəticəsində 12 nəfər ölüb.
Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Əl-Ahram" qəzeti yazıb.
Qəza zamanı daha 29 yerli sakin xəstəxanalara yerləşdirilib.
Hadisənin səbəbləri araşdırılır.
Milli.Az