Digər
Merkeldən İrəvanda ermənilərə SOYUQ DUŞ
Almaniyada 1915-ci ildə erməni xalqına qarşı dəhşətli münasibəti xatırlayırlar.
Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri hazırda İrəvanda səfərdə olan Almaniya kansleri Angela Merkel mətbuat konfransında “soyqırım abidəsini” ziyarət etməsi ilə bağlı sualı cavablandırarkən deyib.
“Biz anlayırıq ki, 1915-ci ildə erməni xalqına qarşı dəhşətli hadisə baş verib. Bu faktı unutmaq olmaz”, - Merkel bildirib.
Angela Merkel jurnalistin sualına cavabında “soyqırım” sözünü işlətməyib.
Qeyd edək ki, qondarma soyqırım iddialarının aid edildiyi 1915-ci ildə Birinci Dünya müharibəsi gedirdi və Osmanlı imperiyası Almaniya ilə müttəfiq idi.