Dünya

Maduronu öldürmək istəyənlər arasında general da olub

Metbuat.az

Venesuelada prezident Nikolas Maduroya sui-qəsdlə əlaqədar iki yüksək rütbəli hərbçi həbs edilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə ölkənin Baş prokuroru Tarek Vilyam Saab bildirib.

O qeyd edib ki, avqustun 13-də polkovnik Pedro Zambrano və general Alexandro Peres məhkəməyə gətiriliblər. Hərbçilər barədə başqa təfərrüatlar açıqlanmır.

Ümumilikdə artıq 14 nəfər, o cümlədən parlament üzvü saxlanılıb. Daha 20 şübhəli isə hələ ki, azadlıqdadır.

Maduroya sui-qəsd avqustun 4-də Karakasdakı çıxışı zamanı həyata keçirilib.

Milli.Az