Livanda Türkiyə lirəsinə dəstək kampaniyaları başladı
Livanın paytaxtı Beyrutda və Sayda şəhərlərində Amerika Birləşmiş Ştatlarının sanksiyalarına qarşı Türkiyə lirəsinə dəstək kampaniyaları başladı.
Milli.Az TRT Azərbaycan-a istinadən bildirir ki, məsələ ilə bağlı açıqlama verən Sayda şəhərindəki Revvad İzçi Dərnəyinin rəsmisi Xani Hariri Türkiyənin iqtisadi hücumlarla zəiflətməyə çalışıldığını bildirərək deyib: "Türkiyənin yanındayıq. Bu məqsədlə Türkiyə lirəsinə dəstək kampaniyasına başladıq. Türkiyə iqtisadiyyatını hədəf alan sui-qəsdlərə qarşı başladıq bu kampaniyanı. Bu sadə kampaniyayla ABŞ-dan törədiləm süni böhran qarşısında Türkiyə xalqı ilə həmrəylik içərisində olduğumuzu bildirmək istəyirik. Livan xalzımız da sosial media üzərindən dəstək göstərir."
Livanın paytaxtı Beyrutda da bir çox dükan tacirləri "Haqqa dəstək, Türkiyə xalqı ilə həmrəylik" adı altında Türkiyə lirəsi ilə mübadilə edəcək müştərilərə 50 faizə yaxın endirim kampaniyalarına başlayıb.
Milli.Az