Dünya

Lavrov və Çavuşoğlu nəyi müzakirə etdi?

Metbuat.az

Sinqapurda Asiya və Cənub-Şərqi Asiya Ölkələri Təşkilatının (ASEAN) iclası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında görüş keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, görüş zamanı ikitərəfli münasibətlər, eləcə gündəlikdə duran beynəlxalq məsələlər müzakirə olunub.

Qeyd edək ki, 27 üzv ölkənin daxil olduğu ASEAN-ın 25-ci regional forumu Sinqapurda davam edir.

Milli.Az