Ölkə

Komitə qanunsuz yolla keçirilən xeyli sayda qaz balonu aşkar edib - FOTO

Metbuat.az

Dövlət Gömrük Komitəsi (DGK) qanunsuz yolla keçirilən xeyli sayda qaz balonu aşkar edib.

Milli.Az bildirir ki, DGK-dan Trend-ə verilən məlumata görə, Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal gömrük proseduru altında daxil olan yük avtomobili "HCVG vizual - Smiths Detection" yoxlama-baxış sistemindən keçirilib və bu zaman monitorda yük-müşayiət sənədlərində göstərilən mallarla uyğun olmayan təsvirlər görünüb.

Türkiyə vətəndaşının idarə etdiyi "Renoult" markalı yük nəqliyyat vasitəsinə təkrar baxış zamanı, gömrük orqanına bəyan olunmayan 63 ədəd "Freon® ;404A" markalanma yazısı olan qaz balonları aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az