Digər

Kolumbiya Fələstini müstəqil dövlət kimi tanıdı

Metbuat.az

Kolumbiya hakimiyyəti Fələstini müstəqil dövlət kimi tanıdı.

Publika.az xəbər verir ki, bu haqda Kolumbiyanın Xarici İşlər Nazirliyinə istinadən AFP agentliyi bildirib.

Fələstin 1988-ci il noyabrın 15-də müstəqil dövlət elan olunub. Bu günədək onun müstəqilliyini 140-a yaxın ölkə tanıyıb.

2012-ci il noyabrın 29-da Fələstin BMT-nin üzvü olmayan müşahidəçi dövlət statusu alıb. Qərar Fələstinin BMT bayrağı altında bütün beynəlxalq təşkilatlara birbaşa müraciət hüququnu tanıyıb, ona ərazisi işğal olunmuş müstəqil dövlət statusu verib.