Dünya

İtaliyada sel: 8 nəfər həyatını itirib

Metbuat.az

İtaliyanın cənubunda şiddətli yağışların səbəb olduğu seldə 8 nəfər həyatını itirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, İtaliya Mülki Müdafiə İdarəsi Kalabria bölgəsindəki yürüş sahəsi kimi tanınan parkda meydana gələn sel səbəbindən 8 nəfərin öldüyünü açıqlayıb.

Selin baş verdiyi zaman bir çox adamın ərazidə məşqdə olduğu və hələ neçə nəfərin selə düşdüyü barədə dəqiq bir məlumat olmadığı qeyd edilib.

Milli.Az