Digər

İsrail və HƏMAS razılaşdı

Metbuat.az

İsrail ilə Fələstinin HƏMAS təşkilatı arasında atəşkəs əldə edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Misirin vasitəçiliyi ilə əldə edilən atəşkəs saat 22:45-də qüvvəyə minib.

Razılığa əsasən, HƏMAS raket hücumu etməyəcəyi təqdirdə, İsrail Qəzza zolağında əməliyyatları dayandıracaq.

Qeyd edək ki, son 24 saat ərzində Qəzzada vəziyyət gərginləşib. İsrail ordusu Qəzzadan endirilən raket zərbələrinə cavab olaraq HƏMAS-a aid onlarla nöqtəni vurub.