Dünya
İspaniyada barda atışma olub, 1 nəfər ölüb, 3-ü yaralanıb
İspaniyanın Kastrilyo-Texeryeqo yaşayış məntəqəsində yerləşən barda atışma zamanı azı 1 nəfər ölüb, daha 3 nəfər odlu silah yarası alıb.
Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə "Europa Press" məlumat yayıb.
Bildirilir ki, naməlum şəxs bara daxil olaraq silahdan atəş açıb. Hadisənin motivləri araşdırılır.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Milli.Az