Digər

İŞİD-in yerini bu qruplaşma tutacaq

Metbuat.az

İŞİD terror təşkilatı Suriya ilə bağlı müxtəlif ölkələrin xüsusi xidmət orqanlarından silah alır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

Nebenzya həmçinin xəbərdarlıq edib ki, Suriyada İŞİD-in yerini başqa terror təşkilatı – “Əl-Qaidə” tuta bilər. Onun sözlərinə görə, İŞİD-in fəallığının azalması “Əl-Qaidə”yə yenidən başını qaldırmağa imkan verib. Onun sözlərinə görə, “Əl-Qaidə”nin aylıq maliyyələşməsi 20-40 milyon dollar təşkil edir.

O qeyd edib ki, qruplaşma Şimali Afrikada yerli kriminal biznesə nəzarət etməyə çalışaraq yerli bölmələri ilə əlaqələri möhkəmlədir, həmçinin Afrika ölkələrinin aqrosənaye şirkətlərinə sərmayə qoyur.