Dünya
İraq İŞİD-i Suriyada vurdu
İraq ordusu Suriyadakı İŞİD hədəflərinə hava hücumu təşkil edib.
Hava hücumunda terrorçulara aid əməliyyat qərargahının vurulduğu və çox sayda İŞİD üzvünün öldürüldüyü açıqlanıb.
Milli.Az bildirir ki, öldürülən İŞİD üzvləri kamikadze hücumu hazırlığında olub. İraq hökumətinə bağlı silahlı qüvvələrin Suriya daxilində də İŞİD əleyhinə əməliyyatlar keçirdiyi bildirilir.
Birləşmiş Millətlər Təşkilati tərəfindən son günlərdə çap olunan bir hesabata görə, İŞİD nəzarətindəki rayonların böyük qismini itirsə də, təşkilata bağlı 30 min terrorçu Suriya və İraqda varlığını davam etdirir.
Gizlənən İŞİD hücrələrinin mülki və hərbi hədəflərə hücumlarını davam etdirdikləri görülür.
Milli.Az