Dünya

İranlı generaldan Bakıya xoş mesaj – Qardaşlıq...

Metbuat.az

İranın Azərbaycan, Türkiyə, Əfqanıstan və Pakistanla əlaqələri qardaşlıq və mehriban qonşuluq prinsipinə söykənib.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu bəyanatla İran dövlət televiziyasında İranın müdafiə naziri, general-mayor Əmir Hatəmi çıxış edib.

Onun sözlərinə görə, İran qonşu ölkələrə qarşı səmimi siyasət həyata keçirir. Son zamanlar qonşu ölkələrə təşkil olunan səfərlərə toxunan Əmir Hatəmi səfərlərin nəticəsini yüksək qiymətləndirib:

"Bununla diplomatiya və xarici siyasətə dəstək veririk. Baş qərargah rəisi də bir çox qonşu ölkələrə səfər edərək müsbət və faydalı görüşlər keçirib".

Milli.Az