Digər
İranın müdafiə naziri Suriyaya gedir
İranın müdafiə naziri suriyalı həmkarı ilə görüşmək üçün Suriyaya iki günlük rəsmi səfərə hazırlaşır.
Publika.az xəbər verir ki, İranın müdafiə naziri general-mayor Əmir Hatəmi suriyalı həmkarı Əli Əyyubla təkbətək danışıqlar aparacaq. Nazirlərin görüş zamanı iki ölkə arasındakı diplomatik münasibətləri, hərbi-texniki əməkdaşlıq, eləcə də Dəməşqdəki son vəziyyətlə bağlı müzakirələr, terror qruplaşmalarına qarşı aparılan mübarizənin gedişatı haqqında fikir mübadiləsi aparacaqları gözlənilir.
Xatırladaq ki, səfər şərşivəsində İran rəsmisinin Suriya Prezidenti Bəşər Əsədlə görüşü də planlaşdırılır.
Könül