Dünya

İrana qarşı sanksiyalar qüvvəyə mindi - “İndiyə qədərki ən sərtidir”

Metbuat.az

Amerikanın İrana tətbiq etdiyi sanksiyaların ilk paketi rəsmi olaraq qüvvəyə minib və bu, bütün zamanların ən sərt sanksiyasıdır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri ABŞ prezindeti Donald Tramp tvitter hesabında yazıb:

"İran sanksiyaları rəsmi olaraq tətbiq olundular. Bu, indiyə qədər verilən ən sərt sanksiyadır. Noyabrda onlar daha da gücləndiriləcək". 

Tramp, həmçinin bəyan edib ki, İranla biznes əlaqələri quranlar ABŞ-la bizneslə məşğul olmaq imkanına sahib ola bilməyəcəklər: "Mən bütün dünya üçün ancaq sülh istəyirəm, başqa heç nə". 

Milli.Az